“Müasir Azərbaycan gəncliyindən gözləntilər, gənclərlə işin qurulması” adlı konfrans keçirilib

“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə #Zoom platforması üzərindən “Müasir Azərbaycan gəncliyindən gözləntilər, gənclərlə işin qurulması” adlı görüş keçirilib. Görüşün qonağı Gənclərlə iş üzrə mütəxəssis Taleh Mansurov olub.
Specialnews.az xəbər verir ki, tədbir “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun tədbir iştirakçılarını salamlayaraq ictimai, sosial sahədə gənclərlə işin düzgün formada qurulmasının vacibliyini qeyd etməsi ilə başlayıb.
Taleh Mansurov ilk olaraq tədbir iştirakçılarını salamlayaraq belə görüşün keçirilməsindən məmnunluq duyduğunu bildirib.
Görüş əsnasında gənclərin üzərinə düşən missiyalardan, dövlət, xalq mənafeyinin hər şeydən üstün tutulması, qalib dövlətin gənclərinin yeni məqsədləri qeyd edilib.
Sonda Taleh Mansurov gəncləri maraqlandıran sualları cavablandırıb.




