AnalitikaGündəmSiyasət

Pensiya sistemində yeni yanaşma

Yeni sosial islahat paketinin mühüm istiqamətlərindən biri hərbi qulluqçuların pensiya təminatının yeni mexanizm əsasında formalaşdırılmasıdır. Təklif olunan yanaşmada pensiyanın təminat xərcliyi ilə birbaşa əlaqəsinin aradan qaldırılması və fərdi şəxsi hesabda toplanan pensiya kapitalının əsas götürülməsi nəzərdə tutulur. Bu, pensiya hesablamasında fərdi sığorta göstəricilərinin rolunu artırır.

Yeni mexanizmin digər elementi sabit aylıq əlavənin nəzərə alınmasıdır. Beləliklə, pensiyanın formalaşmasında həm fərdi hesabda qeydə alınan kapital, həm də müəyyən edilmiş sabit komponent iştirak edir. Bu yanaşma pensiya təminatının daha sistemli və fərdi uçota əsaslanan modelə keçirilməsini nəzərdə tutur.

Pensiya mexanizminin dəyişdirilməsi hərbi qulluqçunun xidmət müddəti ilə gələcək sosial təminatı arasında daha aydın əlaqənin qurulmasına imkan verə bilər. Bu baxımdan islahat həm sosial müdafiə, həm də sığorta prinsiplərinin uzlaşdırılması istiqamətində addım kimi qiymətləndirilir.

Sədaqət Hacıyeva, 
YAP Nizami rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button