AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin AMEA-da çıxışı – Elmi tərəqqinin yeni mərhələsi

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı ölkəmizdə elmin inkişafı, təhsilin keyfiyyətinin artırılması və innovasiyaların geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı çıxışında elmin strateji əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, müasir dövrdə hər bir ölkənin qüdrəti yalnız iqtisadi gücü ilə deyil, həm də elmi potensialı ilə ölçülür.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan elmi qlobal çağırışlara uyğun şəkildə yenilənməli, elmi tədqiqatların nəticələri real iqtisadi proseslərdə tətbiq edilməlidir.
Bu, elmi fəaliyyətin yalnız nəzəri deyil, həm də praktik istiqamətdə gücləndirilməsinə təkan verəcək.

AMEA-da keçirilən bu görüş gənc alimlər üçün motivasiya mənbəyidir. Çünki dövlətin elmə olan diqqəti, bu sahəyə göstərilən dəstək, gəncləri yeni kəşflər və nailiyyətlər uğrunda daha fəal olmağa ruhlandırır.
Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, eyni zamanda bilik və texnologiya ilə də dünyada tanınan bir ölkəyə çevrilməkdədir.

Prezident İlham Əliyevin çıxışı — ölkəmizin elmi siyasətinin gələcək hədəflərini müəyyən edən, milli inkişafın intellektual dayaqlarını formalaşdıran bir proqram xarakteri daşıyır.

Şahzadə Abdurəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button