AnalitikaGündəmSosial
Trend

Rəşadət Xalıqov: Azərbaycan dili öz zənginliyi və bədii qüdrəti ilə dünya dilləri arasında xüsusi, layiqli yerini tutmaqdadır

“Ana dilimiz dövlətçiliyimizin, suverenliyimizin və milli kimliyimizin ən başlıca rəmzidir. SSRİ dövründə, xüsusilə 1970-ci illərin ortalarından başlayaraq milli dillərin sıxışdırıldığı, hətta bu məsələni qabardanların Sibirə sürgün olunma təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev böyük siyasi cəsarət nümayiş etdirmişdir. O, ziyalıları və xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək qətiyyətli mövqe ortaya qoymuş və məhz onun uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması rəsmən təsbit edilmişdir. Müstəqillik illərində bu strateji xətt daha da gücləndirilərək sarsılmaz hüquqi bünövrəyə oturduldu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, daha sonra isə 2001-ci il 9 avqust tarixli Fərmanla 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi mənəvi sərvətimizin siyasi mühafizəsini təmin etdi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün iftixar hissi ilə deyə bilərik ki, dünyada 50 milyondan çox insanın ana dili olan Azərbaycan dili öz zənginliyi və bədii qüdrəti ilə dünya dilləri arasında xüsusi, layiqli yerini tutmaqdadır. Müasir qloballaşma və sürətli rəqəmsallaşma dövründə dilimizin saflığının qorunması birbaşa milli təhlükəsizlik və varlıq məsələsinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi və Mədəniyyət Nazirliyi tərəfindən dil normalarına nəzarətin həyata keçirilməsi ana dilimizin yad təsirlərdən mühafizəsinə xidmət edir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Buna görə də hər birimiz bu misilsiz mirası qorumalı və cəmiyyətimizdə mütləq hakim dil səviyyəsində yaşatmalıyıq.

Oxşar Xəbərlər

Back to top button