Gündəm
Sədərəkdən Culfaya icra başçısı göndərildi
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



