Error: Your upload path is not valid or does not exist: /home/aktualinfo.az/public_html/wp-content/uploads/sites/13 Tarixi abidələr ətrafında müzakirələr yenidən gündəmdə
AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Tarixi abidələr ətrafında müzakirələr yenidən gündəmdə

Gəncəsər və Xudavəng komplekslərinə diplomatik nümayəndələrin səfəri Qarabağın tarixi-mədəni irsi məsələsini yenidən gündəmə gətirib. Abidələrin tarixi mənsubiyyəti ilə bağlı müxtəlif yanaşmalar uzun müddətdir Azərbaycan və Ermənistan arasında müzakirə olunur.

Azərbaycan tərəfi bildirir ki, bölgənin tarixi irsinin öyrənilməsi obyektiv elmi meyarlar əsasında aparılmalıdır. Tarixi abidələrin siyasi mübahisələrin alətinə çevrilməsi əvəzinə, onların qorunması və tədqiqi ön plana çıxarılmalıdır.

Diplomatik nümayəndələrin abidələrə yerində baxış keçirməsi onların vəziyyəti haqqında birbaşa təsəvvür formalaşdırmasına imkan verir. Bu baxımdan səfərin mədəni-humanitar əhəmiyyəti də diqqət çəkir.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button