AnalitikaDünyaGündəmSiyasət

Tarixi Şuşanın Yeni Beynəlxalq Diplomatik Missiyası

Şuşa şəhəri cəmi bir neçə il ərzində düşmən əsarətindən qurtularaq yenidən doğuldu və bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində beynəlxalq diplomatiyanın fəal mərkəzinə çevrilib. Slovakiya Prezidenti ilə aparılan yüksəksəviyyəli müzakirələr bu yeni missiyanın miqyasını açıq nümayiş etdirir.

Azərbaycanın qələbə rəmzi olan bu şəhərdə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, iqtisadi razılaşmaların əldə edilməsi tarixi ədalətin tam bərpa olunduğunu göstərir. Qonaqlar Şuşanın havasını udarkən həm tarixi dərk edir, həm də gələcəyə birgə addımlamaq qərarını burada rəsmiləşdirirlər.

Şuşadan verilən bəyanatlar bütün dünyaya bir ismarıcdır: Qarabağ artıq sülh, quruculuq və beynəlxalq dostluq məkanıdır. Azərbaycan-Slovakiya münasibətlərinin bu zirvədə güclənməsi tarixi zəfərimizin siyasi və iqtisadi müstəvidə də davam etdiyini sübut edir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button