AnalitikaGündəmSiyasət

Tarixin yaddaşına həkk olunmuş şəhər

Ağdam Şəhəri Günü ölkəmizin tarixi yaddaşında xüsusi yeri olan bu qədim şəhərin yenidən dirçəlişini və inkişaf mərhələsinə qədəm qoymasını əks etdirən mühüm gündür. Əsrlər boyu Qarabağın mədəni, iqtisadi və sosial mərkəzlərindən biri kimi formalaşan Ağdam zəngin irsi, sənətkarlıq ənənələri və strateji əhəmiyyəti ilə seçilmişdir.
1993-cü ildə Ermənistanın işğalı nəticəsində şəhər tamamilə dağıdılmış, lakin Ağdam Azərbaycan xalqının yaddaşından silinməmişdir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Ağdamın azad olunmasına, tarixi ədalətin bərpasına və şəhərin yeni inkişaf mərhələsinə start vermişdir.
Hazırda Ağdamda bərpa və quruculuq işləri sürətlə davam etdirilir, müasir infrastruktur yaradılır və şəhərin tarixi siması yenidən formalaşdırılır. Ağdam Şəhəri Günü bu qədim diyarın xalqımızın yaddaşında yaşamasını, qayıdışın gerçəkləşməsini və gələcəyə inamı ifadə edir.

Həsənov Pərviz,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button