DünyaGündəm

Ukraynaya silah yardımının pulunu bu ölkələr ödəyəcək

Vaşinqton və Brüssel Ukraynaya verilən bütün silah və avadanlıqların dəyərinin ABŞ-yə 100%-ni ödəmək barədə razılığa gəliblər.

Specialnews.az “Suspilne”yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı ölkəsi ilə Aİ arasında saziş imzalandığını açıqlayıb.

Onun sözlərinə görə, razılaşmaya əsasən, ABŞ Avropa İttifaqına silah göndərəcək, daha sonra Aİ-yə üzv dövlətlər onları paylayacaq. Silahların çoxu isə Ukraynaya gedəcək.

“Onlar ABŞ-də bu pulu müdafiə şirkətlərimizə xərcləyəcəklər, biz də onlara silahlar göndərəcəyik. Aİ bizim göndərdiyimiz texnikanı paylayacaq. Düzünü desəm, bu, üç il əvvəl belə olmalı idi”, – Tramp bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp NATO ilə Ukraynaya silah tədarükü ilə bağlı razılıq əldə etdiyini açıqlamışdı.

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, təşkilat Ukrayna üçün ABŞ-nin istehsal edəcəyi silahların pulunu ödəyəcək.

Məlumat üçün bildirək ki, iyulun 23-ü ABŞ Ukraynaya 322 milyon dollara iki hərbi yardım paketinin satışını təsdiqləyib.

Oxşar Xəbərlər

Back to top button