AnalitikaGündəmSiyasət

Xankəndi beynəlxalq tədbirlərin yeni ünvanıdır

2025-ci il iyulun 4-də Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşü, Azərbaycanın beynəlxalq diplomatiya arenasında qazandığı mövqeyi daha da gücləndirdi. Prezident İlham Əliyev bu görüşün məhz Qarabağda təşkil olunmasının xüsusi simvolik mənasını vurğuladı. İşğaldan azad olunmuş bu ərazilərin indi beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevrilməsi regionda yeni reallıqların göstəricisidir. ECO Zirvəsi sülh və inkişaf üçün yeni imkanlar açdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılış mərasimində çıxışı zamanı Qarabağda və xüsusilə də Xankəndidə aparılan bərpa və quruculuq işlərinə diqqət çəkdi. O, bildirdi ki, Azərbaycan bu torpaqlarda müasir texnologiyalar əsasında şəhərsalma layihələrini həyata keçirir, “ağıllı şəhər”, “yaşıl enerji”, “dayanıqlı inkişaf” prinsiplərini əsas tutur. Xankəndi sammiti çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı, ticarət, rəqəmsallaşma və ekologiya sahələrində müzakirələr aparıldı. Gündəlikdə əsas diqqət bu sahələrdə regional əməkdaşlığın gücləndirilməsinə yönəlmişdi.

Zirvə görüşü yalnız regional əməkdaşlığın müzakirə olunduğu bir platforma deyil, eyni zamanda Azərbaycanın irəliyə doğru atdığı addımların, quruculuq və dirçəliş prosesinin canlı sübutudur. Bugünkü reallıq göstərir ki, Qarabağ artıq münaqişə deyil, inkişaf və tərəqqi bölgəsidir.

Həsənova Səbinə
Yap-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button