GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr məktəbəqədər təhsil müəssisələri ilə müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayda müəyyənləşdirilən hədəflərin partiyanın gələcək fəaliyyətində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident, YAP sədri İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələrə toxunaraq, onların həyata keçirilməsində partiya üzvlərinin fəallığının vacibliyini vurğulayıb. Həmçinin məktəbəqədər təhsil sahəsində çalışanların qarşısında duran vəzifələr və bu sahənin inkişafına töhfə verməyin əhəmiyyəti qeyd olunub.

Daha sonra çıxış edən 59 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəna Süleymanova, “Bənövşə” uşaq bağçasının müdiri Sevinc Məmmədova, 113 saylı körpələr evi-uşaq bağçasının müdiri Vüsalə Abbasova və 175 saylı körpələr evi-uşaq bağçasının müdiri Ülviyyə Məmmədova məktəbəqədər təhsil sahəsində görülən işlər, mövcud məsələlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Görüşdə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, məktəbəqədər təhsilin inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, eləcə də ərazi partiya təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button