SosialMaraqlı

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” adlı tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə keçirilmiş rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Specialnews.az xəbər verir ki, akt zalında davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra qanlı 20 yanvar faciəsinə həsr edilmiş videoçarxa baxış olub.
Tədbirdə çıxış edən 20 Yanvar şəhidinin həyat yoldaşı Ziyafət Rüstəmova, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, 20 yanvar hadisələrinin iştirakçısı Tapdıq Əlibəyli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolun yeni mərhələsinin başlanğıc nöqtəsi olub.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” mövzusunda elan etdiyi rəsm və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Məlumat verilib ki, Nizami rayonunda fəaliyyət göstərən 30 təhsil müəssisəsi üzrə inşa müsabiqəsinə 109, rəsm müsabiqəsinə isə 47 iş daxil olub. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Qaliblərə diplomlar, hədiyyələr təqdim olunub, müsabiqə iştirakçılarına isə sertifikatlar verilib.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” mövzusunda elan etdiyi rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Rəsm müsabiqəsi üzrə:
1. Orucsoy Rəhilə Rəfael qızı, 201 saylı məktəb – III yer
2. Mürsəlova Məsumə Vüsal qızı, Zəngi liseyi – III yer
3. Usublu Aysu Vüqar qızı, Kimya-Biologiya təmayüllü lisey – III yer
4. Vəliyeva Aylin Teymur qızı, 242 saylı məktəb – II yer
5. Cəfərli Ayhan Hikmət oğlu, 10 saylı məktəb – II yer
6. Məmmədli Sevda Taleh qızı, 238 saylı məktəb – I yer
İnşa müsabiqəsi üzrə:
1. Hətəmxanova Nigar Nizami qızı, Zəngi liseyi – III yer
2. Hacılı Sofiya Emin qızı, 70 saylı məktəb – III yer
3. Əliyeva Selcan Seymur qızı, 312 saylı məktəb – III yer
4. Qəhrəmanlı Əsmər Nizami qızı, 272 saylı məktəb – II yer
5. Salmanlı Məryəm Sirac qızı, 12 saylı məktəb – II yer
6. Əliyeva Nuray Kənan qızı, 220 saylı məktəb-lisey – I yer
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Oxşar Xəbərlər

Back to top button