
Azərbaycan və Qırğızıstan arasında artan iqtisadi-ticari əlaqələr real həyatda öz bəhrəsini açıq şəkildə nümayiş etdirir. 200 milyon dollara qədər artırılmış büdcəsi olan birgə İnvestisiya Fondu vasitəsilə həyata keçirilən layihələr bilavasitə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Birgə istehsal müəssisələrinin yaradılması həm Qırğızıstanın, həm də Azərbaycanın sənaye potensialını xeyli gücləndirir.
Yeni iş yerlərinin açılması bu layihələrin ən mühüm uğur göstəricisidir. Qarşılıqlı fəaliyyətin iqtisadi potensialının möhkəmləndirilməsi yalnız ticarət dövriyyəsinin rəqəmsal artımı ilə deyil, real istehsal sahələrinin qurulması və insanların stabil gəlirlə təmin edilməsi ilə ölçülür.
Səfər zamanı səsləndirilən fikirlər və təqdimatlar təsdiq edir ki, əməkdaşlığımız sırf məzmunlu və konkret nəticəyə hədəflənib. İki ölkənin birgə səyləri nəticəsində qurulan müəssisələr gələcək onilliklərdə milli iqtisadiyyatlarımızın onurğa sütunlarından birinə çevriləcəkdir.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı



