AnalitikaGündəmSiyasət

Konstitusiya və dövlətçilikdə varislik prinsipi

Dövlətçilikdə varislik prinsipi əvvəlki nəsillərin yaratdığı siyasi, hüquqi və mənəvi təcrübənin qorunaraq gələcək inkişaf mərhələlərinə ötürülməsini nəzərdə tutur. Azərbaycan Respublikasının müasir dövlətçilik modeli tarixi irsə, milli dəyərlərə və müstəqillik dövründə formalaşmış hüquqi institutlara əsaslanır. Konstitusiya bu varisliyin ən mühüm hüquqi ifadəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri xalqımızın müstəqillik düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. 1918-ci ildə yaradılan Cümhuriyyət milli dövlətçilik tariximizdə demokratik idarəçilik ideyalarını irəli sürmüşdür. Sonrakı tarixi mərhələlərdə bu irs xalqın müstəqillik arzusunun yaşamasına xidmət etmişdir.

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını yaratmaqla tarixi varislik prinsipini yeni mərhələyə yüksəltdi. 1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil dövlətin hüquqi sistemini formalaşdırdı, milli maraqları və müasir idarəçilik prinsiplərini vahid sənəddə birləşdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursunun davamlı inkişafını təmin etmişdir. Ölkənin iqtisadi və hərbi gücünün artması, ərazi bütövlüyünün bərpası və beynəlxalq mövqelərinin möhkəmlənməsi bu siyasətin mühüm nəticələridir.

Dövlətçilikdə varislik yalnız siyasi kursun davam etdirilməsi deyil, həm də milli dəyərlərin, hüquqi prinsiplərin və tarixi yaddaşın qorunmasıdır. Konstitusiya bu prosesin əsas hüquqi dayağıdır. Onun prinsiplərinə sədaqət Azərbaycanın gələcək nəsillər üçün güclü və müstəqil dövlət kimi qorunmasına xidmət edir.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button