
YAP Binəqədi rayon təşkilatının 8-ci mikrorayon İ.Dadaşov küçəsi 91, 8-ci mikrorayon İ.Dadaşovküçəsi 324, M.Ə.Rəsulzadə qəsəbəsi E.Rüstəmovküçəsi 24, M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti3/a, Sulutəpə qəsəbəsi R. Allahverdiyev küçəsi 3ünvanlı ərazi partiya təşkilatlarında AzərbaycanRespublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının Sədri cənab İlham Əliyevin YeniAzərbaycan Partiyasının VIII Qurultayındakıçıxışından irəli gələn məsələlər müzakirə olunmaqda davam edir.
Rayon təşkilatının ərazi partiya təşkilatlarında keçirilən müzakirələrdə qeyd olunub ki, Yeni AzərbaycanPartiyasının VIII Qurultayının keçirilməsiniAzərbaycanın müasir siyasi tarixində mühümhadisələrdən biri kimi qiymətləndirmək olar. ÇünkiQurultay Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin tam bərpa edilməsindən sonra keçirilənilk YAP qurultayıdır. Digər mühüm məqam Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı zamanı toxunduğu məsələlər – görülən işlər, qarşıya qoyulan hədəflər idi. Qurultayın işi partiyanın fəaliyyətinin qiymətləndirilməsi ilə məhdudlaşmamış, keçdiyi tarixi və siyasi yol, əldə edilmiş nəticələr və gələcək inkişaf istiqamətlərinə yönəlmişdir. Bir sözlə, Qurultay Azərbaycan dövlətçiliyinin keçdiyi yolun siyasi baxımdan ümumiləşdirilməsi və gələcək mərhələyə dair baxışların ifadəsi kimi xarakterizə oluna bilər.Müzakirələr zamanı hazırda aktual olan ideoloji təhlükəsizlik məsələləri ilə bağlı cəmiyyət üzvlərinin daha diqqətli olmağının vacibliyi vurğulanıb və bu barədə fikir mübadiləsi aparılıb















