
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsiskonfransının keçirilməsi Azərbaycanın yeni tarixi taleyində dönüş nöqtəsi, xalqımızın siyasi və milli iradəsinin təntənəsi oldu. Bu tarixi hadisə sadəcə yeni birsiyasi təşkilatın yaranması deyil, həm də həmin dövrdə dərin böhran, anarxiya vəməhv olmaq təhlükəsi ilə üz-üzə qalan müstəqil Azərbaycan dövlətinin xilasetməmissiyasının başlanğıcı idi. XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra bərpaolunan dövlət müstəqilliyimiz ilk illərində səriştəsiz, populist və təcrübəsiziqtidarların əlində ağır sınaqlarla üzləşmişdi. Hakimiyyətdə olan Xalq Cəbhəsi – Müsavat cütlüyünün apardığı səhv daxili və xarici siyasət ölkəni həm iqtisadi, həmdə hərbi-siyasi fəlakətə sürükləmişdi. Ölkədə hakimiyyətsizlik hökm sürür, silahlıqruplaşmalar özbaşınalıq edir, cəmiyyətdə xaos və qorxu mühiti yaradılmışdı.Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal prosesi sürətlənmiş, cəbhədə ardıcıl məğlubiyyətlər yaşanmışdı. Hakimiyyətin nümayəndələri isəproblemləri həll etmək əvəzinə daxili çəkişmələrlə məşğul idilər. İqtisadi tənəzzülbaş alıb gedir, sənaye və kənd təsərrüfatı dağılmış, inflyasiya pik həddə çatmış, əhalinin sosial rifahı kəskin şəkildə pisləşmişdi.
Belə bir məqamda xalq yeni, güclü, milli maraqlara söykənən və ölkəni bu bəlalardan qurtara biləcək alternativ siyasi qüvvəyə – qətiyyətli liderə və mütəşəkkil təşkilata ehtiyac duyurdu. Azərbaycanın o dövrdəki ağır durumu ölkənin ziyalılarını, nüfuzlu ictimai-siyasi xadimlərini ciddi düşündürürdü. Xalqın taleyinə biganə qala bilməyən 91 nəfər tanınmış ziyalı, elm, mədəniyyət xadimi və ağsaqqal Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılması zərurətini bildirdilər.Azərbaycanın böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyev həmin dövrdə Naxçıvanda xalqın etimadını qazanmış, bölgəni erməni təcavüzündən və blokadadan qorumaq üçün gərgin səylər göstərirdi. “91-lərin” müraciəti Azərbaycan cəmiyyətinin ümumi mövqeyinin ifadəsi idi. Xalq artıq anlamışdı ki, ölkəni böhrandan yalnız Heydər Əliyevin siyasi təcrübəsi, iradəsi və uzaqgörənliyi xilas edə bilər. Ulu Öndər xalqın təkidli dəvətini qəbul edərək yeni partiyanın yaradılması ideyasını dəstəklədi. Bu addım bütün ölkədə ümid işığı yandırdı.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində respublikanın müxtəlifbölgələrindən gəlmiş, qürurla bildirmək istərdim ki, sıralarında mənim də təmsil olunduğum 550 nəfərdən çox nümayəndənin iştirakı ilə Yeni AzərbaycanPartiyasının təsis konfransı öz işinə başladı. Konfrans Azərbaycanın siyasitarixində dönüş nöqtəsi oldu. Burada Yeni Azərbaycan Partiyasının yaradılmasıhaqqında tarixi qərar qəbul edildi. Partiyanın Proqramı və Nizamnaməsi təsdiq olundu. Sənədlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid və vətəndaşların hüquq və azadlıqlarının təmin olunması əsas prinsiplər kimi elan edildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Bu seçki partiyanın gələcək uğurlarının və xalqın ona olan sonsuz etimadının qarantı oldu. YAP yaranan gündən etibarən hakimiyyət uğrunda mübarizə aparan adi partiya deyil, cəmiyyəti birləşdirən ümummilli hərəkata çevrildi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya dəvət olundu və hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, dövlətçiliyimiz xilas edildi. YAP-ın rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, “Əsrin müqaviləsi” imzalandı, beynəlxalq əlaqələr genişləndi və güclü iqtisadi təməllər yaradıldı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün də güclü, qüdrətli və ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycanın aparıcı siyasi qüvvəsidir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər YAP-ın ideoloji xəttinin və dövlətçilik siyasətinin ən ali təntənəsidir. Belə ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində əsası qoyulan Yeni Azərbaycan Partiyası çətin və şərəfli tarixi yol keçərək xalqımızın güvənc yerinə çevrilmişdir. YAP-ın təsisolunması Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən, xalqımızı zəfərdən-zəfərə aparan ən mühüm siyasi hadisələrdən biridir. Bu gün YAP Azərbaycanınparlaq gələcəyinin təminatçısı kimi inamla irəliləyir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri



