
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, rayon ictimaiyyəti, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.




