AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Bəyannamə gələcəyə baxışı əks etdirən strateji yol xəritəsidir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı arasında münasibətlər onilliklər boyu möhkəm təməllər üzərindəqurulmuşdur. 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında BirgəBəyannamə və 1998-ci il tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqındaBirgə Bəyannamə iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm mərhələlərtəşkil etmişdir.

XXI əsrin qlobal çağırışları, Cənubi Qafqazda köklü şəkildə dəyişən geosiyasi reallıqlar və tərəflərin qarşılıqlı maraqlarının şaxələnməsi fonunda bu münasibətlər daha yüksək səviyyəyə qaldırılmışdır. İrlandiyanın paytaxtı Dublin şəhərindəkeçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində imzalanmışStrateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Birləşmiş Krallıqarasındakı münasibətləri tamamilə yeni müstəviyə daşıyan tarixi bir sənəddir.

Böyük Britaniya Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən etibarənölkəmizin əsas siyasi və iqtisadi tərəfdaşlarından biri olmuşdur. Xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan London ilə Bakı arasındakı strateji dialoqhəm də qlobal təhlükəsizlik arxitekturası baxımından xüsusi çəkiyə malikdir.

Yeni Bəyannamənin imzalanması da bu baxımdan olduqca mühüm stratejiamillərlə şərtlənir. Belə ki, sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, xüsusilə Vaşinqton Sülh Sammitinin Bəyannaməsi yüksək qiymətləndirilmişdir. BirləşmişKrallıq bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmişsəyləri birmənalı şəkildə dəstəklədiyini bəyan etmişdir. Tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalqsəviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə vəərazi bütövlüyünə sadiqliklərini bir daha təsdiq etmişlər. Əməkdaşlığın əsas istiqamətlərinə gəldikdə isə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə çoxtərəfli əməkdaşlığı əhatə edərək bir neçə prioritet sütuna söykənir. Tərəflər regional sülh və sabitliyin qorunması, habelə ümumi təhdidlərə qarşı mübarizə məqsədilə müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlığı gücləndirmək əzmindədirlər. Bu çərçivədə hərbi təlimlər, potensialın artırılması və qarşılıqlı uyğunluğun təşviqi, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının, o cümlədən qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin araşdırılması, hüquq-mühafizə, sərhəd idarəçiliyi, hüquqi və məhkəmə əməkdaşlığı vasitəsilə qanunun alviliyinin gücləndirilməsi nəzərdə tutulur.

Xüsusilə vurğulamaq lazımdır ki, Böyük Britaniya Azərbaycanın ən iri xarici investorlarından biridir. Ölkə daxilində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrinin əsas operatoru olan BP şirkəti vasitəsilə həyata keçirilən layihələr iki ölkə arasında iqtisadi körpü rolunu oynamışdır. İndiyədək Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 39 milyard ABŞ dollarını ötüb keçmişdir. Yeni Bəyannamə iqtisadi əlaqələrin yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını, şaxələnmiş iqtisadi artım, açıq ticarət, investisiya və innovasiyaları da əhatə etdiyini nümayiş etdirir. Həmçinin qeyri-neft sektoru, yaşıl enerjiyə keçid və enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıq dərinləşdirilir. Dayanıqlı tərəfdaşlığın insan kapitalına və cəmiyyətlərarasıəlaqələrə əsaslandığını nəzərə alan sənəd aşağıdakı sahələrə xüsusi yer ayırır. Elm, təhsil, bacarıqların artırılması və rəqəmsal transformasiya istiqamətində praktikiəməkdaşlıq, gənclər və akademik dairələr arasında proqramların dəstəklənməsi dəolduqca böyük əhəmiyyətə malikdir.

Beləliklə, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmışStrateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Bakı ilə Londonun qlobaldəyişikliklər fonunda gələcəyə baxışını əks etdirən strateji yol xəritəsidir. Bu sənədAzərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, Qərbinaparıcı dövlətlərindən biri ilə münasibətləri keyfiyyətcə yeni, hərtərəfli vədayanıqlı müstəviyə daşıyır. Bölgədə sülhün və təhlükəsizliyin qorunması, iqtisadişaxələnmə və innovativ texnologiyaların tətbiqi baxımından bu bəyannamə hər ikiölkə üçün qarşılıqlı faydalı və uzunmüddətli perspektivlər açır.

 

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button